Axtalama

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Osmanlı sarayında xədim edilmiş zənci

Axtalama (xədim etmə)- bioloji erkəyin cinsiyyət orqanını itirdiyi cərrahi, kimyəvi və ya başqa bir yolla edilən prosesdir. Bu sterilizasiyaya səbəb olur və testosteron kimi müəyyən hormonların istehsalının azalmasına səbəb olur. Axtalanmış şəxs və ya heyvan nəsilartırma qabiliyyətini itirir. Əsasən cəza, yaxud heyvan populyasiyanın tənzimlənməsində istifadə olunur.

Tarixi

Axtalamanın ilk dəfə harada və nə zaman tətbiq olunduğu məlum deyil. Ancaq tarix boyu qaliblərin məğlubları diri, yaxud ölü halda axtaladıqları məlumdur. Cinsiyyət vəziləri (xaya) ilə bərabər cinsiyyət orqanının da çıxarılması ölüm riskini artırdığı üçün irəli tarixi dönəmlərdə ancaq cinsiyyət vəziləri çıxarılırdı. Ancaq axtalamadan həmişə cəzalandırmaq üçün istifadə olunmamışdır. Bir çox mədəniyətlərdə axtalanmış oğlan uşaqlarından xüsusi tərbiyə olunaraq saraylarda, əksər hallarda isə hərəmlərdə istifadə olunmuşdur. Tarixdə axtalanmış şəxslərin bəzən yüksək rütbə tuta bildiyi hallar da olmuşdur.

18-ci əsrə qədər Avropada oğlan uşaqları kilsə xorunda oxumaları üçün axtalanırdı. Belə ki, xorda oxumaq üçün qadınlara icazə verilmədiyi üçün oğlanların incə səslərini qorumaq məqsədilə onları axtalayırdılar.

Fizioloji və psixoloji nəticələri

Müasir dövrdə axlalama

Axtalanmış şəxslər

İstinadlar

Xarici keçidlər