Azər Xudiyev (həkim)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Azər Xudiyev
Azər Manaf oğlu Xudiyev
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Manaf Xudiyev
Elm sahələri pediatr, otorinolarinqoloq
Elmi dərəcəsi professor
Təhsili Azərbaycan Tibb Universiteti,
İ.M.Secenov adına I Moskva Tibb Universiteti

Xudiyev Azər Manaf oğluotorinolarinqoloq, Azərbaycan Tibb Universitetinin professoru.[1]

Həyatı

Təhsili

Azər Xudiyev 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatr ixtisasını oxumuşdur. 1984-cü ildə Qazaxıstanda "Uşaqlara otorinolarinqoloji xidmət"ində 3 ay müddətdində təlim keçmişdir. 1985-1989-cu illərdə İ.M.Secenov adına I Moskva Tibb Universitetində Otorinolarinqoloq ixtisasına yiyələnmiş, həmin illərdə: 1985-1988-ci illərdə "Endoskopik cərrahiyyə" İ.M.Secenov adına I Moskva Tibb İnstitutu təlimlərində iştirak etmişdir.[1]

İş fəaliyyəti

1983-1985-ci illərdə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında həkim-LOR, 1985-1988-ci illərdə İ.M.Secenov adına I Moskva Tibb İnstitutunda aspirant, 1994-2007-ci illərdə ATU-da dosent, 2007-ci ildən Azərbaycan Tibb Universitetinin professoru, 1996-cı ildən bu günədək isə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Baş həkimi vəzifəsindədir.[1]

Üzv olduğu qurumlar

  • “Sağlamlıq” jurnalı, Azərbaycan, Bakı Redaksiyası;
  • “Российская Оториноларингология“ jurnalı, Sankt- Peterburq, Rusiya Redaksiyası;
  • “Детская оториноларингология” jurnalı, Rusiya Moskva, Redaksiyası;
  • “Pediatriya” Azərbaycan, Bakı Redaksiya heyətinin üzvü olmuşdur.[1]

İstinadlar