Azərbaycana səyahət (film, 1988)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Azərbaycana səyahət
Janr sənədli
qısametrajlı
Rejissor Zaur Məhərrəmov
Ssenari müəllifi Nüsrət Kəsəmənli
Operator Zaur Məhərrəmov
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1988
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1988
Texniki məlumatlar 2 hissə
560 metr
Rəng rəngli

Azərbaycana səyahət filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1988-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə yurdumuzun füsunkar təbiətindən, minilliklərin yadigarı olan sənət nümunələrindən söhbət açılır.

Məzmun

Filmdə yurdumuzun füsunkar təbiətindən, minilliklərin yadigarı olan sənət nümunələrindən söhbət açılır. Bakının, qədim Gəncənin, kurort şəhəri Şuşanın, respublikamızın dilbər guşələri olan Şəkinin, Qəbələnin, Zaqatalanın turist bazalarında dincəlmək istəyənlər isə film vasitəsilə qiyabi səyahətə çıxa bilərlər.[1]

Filmin üzərində işləyənlər

Ssenari müəllifi: Nüsrət Kəsəmənli
Rejissor: Zaur Məhərrəmov
Operator: Zaur Məhərrəmov

İstinadlar

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 265

Mənbə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1988-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı