Azad Əliyev (heykəltaraş)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Azad Əliyev
Doğum tarixi 20 yanvar 1956(1956-01-20) (68 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan
Fəaliyyəti heykəltaraş
Təhsili
Janr Heykəltaraşlıq
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azad Mikayil oğlu Əliyev (20 yanvar 1956, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycanın əməkdar rəssamı (2018).

Haqqında

Azad Mikayil oğlu Əliyev 22 yanvar 1956-cı il Bakı şəhərində həkim ailəsində denyaya gəlib. 1972-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltaraşlıq fakultəsinə qəbul olmuş. 1976-cı ildə həmin fakultəni bitirmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş, 1982-ci ildə Universiteti bitirmişdir.

Yaradıcılığı

1983-1986-cı illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanasına daxil olmuş, Akademik Ömər Eldarovun rəhbərliyi ilə elmi yaradıcılıqla məşğul olmuşdur. 1984-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvülüyünə qəbul edilmişdir.

2000-dən artıq əsərin müəllifidir. Əsərləri Azərbaycan, Rusiya, Polşa, Almaniya, Amerika, İtaliya, Fransa, Belçika, Avstriya, Mərkəzi Amerika, İran, Nepal, Türkiyənin şəxsi kolleksiyalarında saxlanılır, muzey və parklarını bəzəyir.

Mükafatları

27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.[1]

Həmçinin bax

İstinadlar

  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.

Xarici keçidlər