B&B TV

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

«BB TV Kommunikeyşn» MMC 1996-ci ildə təsis olunmuşdur və Azərbaycanda ilk dəfə analoq üsülu ilə radio televiziya kanallarının efir-kabel yayımı xidmətini göstərməyə başlamışdır.

Milli Televiziya və Radio Şurasının 17 aprel 2007-ci il tarixli qərarı ilə «BB TV Kommunikeyşn» MMC-yə Azərbaycan Respublikasının bütün ərazisində, radio televiziya kanallarının rəqəmsal efir-kabel yayım fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

2007-ci ilin aprel ayından başlayaraq «BB TV Kommunikeyşn» MMC Cənubi Qafqazda ilk dəfə rəqəmsal efir-kabel yayımını vətandaşlara təqdim etmişdir.

Hal-hazırda «BB TV Kommunikeyşn» MMC rəqəmsal efir-kabel yayımını Bakı, Sumqayıt və Abşeron yarımadasında həyata keçirir.

«BB TV Kommunikeyşn» MMC-nin strategiyasına əsasən, gələcəkdə regionların keyfiyyətli rəqəmsal efir-kabel yayımı ilə əhatə olunması planlaşdırılır.

Hər zaman öz sahəsində birinci olan və son texnologiyaları tətbiq edərək abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən «BB TV Kommunikeyşn» MMC artıq üçüncü dəfə efif-kabel yayımı sahəsində birinci olaraq 14 may 2010-cu il tarixində Azərbaycanda ilk dəfə HDTV (yüksək dəqiqliyə malik televiziya) xidmətini abunəçilərinə təqdim etmişdir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər