Bülövqaya yaşayış yeri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

BülövqayaBabək rayonunun Göynük kəndindən qərbdə Sarısu çayının sol sahilində yerləşən qədim yaşayış yeri.[1]

Əhəmiyyəti

Yaşayış yerindən aşkar edilmiş keramika qrubunun hazırlanma texnologiyası, bişirilməsi, naxışlanması kimi bir çox xüsusiyyətlər Dalmatəpə tipli keramika ilə yaxın bənzərlik göstərir. Buradan aşkar edilmiş boyalı keramika Şimal-Qərbi İranda Kültəpə yaşayış yeri (Culfa), Seh-Qabi və digər Dalma tipli keramika ilə xarakterizə edilən yayşayış yerləri ilə bənzərlik göstərir. Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Cənubi Qafqazda Dalmatəpə mədəniyyətinin yayılma arealını öyrənmə baxımından əhəmiyyətlidir[2].

İstinadlar

  1. Baxşəliyev V, Naxçıvanda 2018-ci ilin Arxeoloji Tədqiqatları. Naxçıvan: "Əcəmi". 2019. 103s.
  2. Baxşəliyev E, Bülövqaya yaşayış yerinin keramikası. AMEA Naxçıvan Bölməsi, İctimai və humanitar elmlər seriyası. Naxçıvan, "Tusi" — 2021, №1, Cild 17, s. 94-101.