Bakıda neftçilərin tətili (1954)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Bakıda neftçilərin tətili — 16 iyul 1954-cü il tarixində öz həyat şəraitlərindən narazılıq edən və əsasən azərbaycanlılardan ibarət olan Bakı neftçiləri tərəfindən təşkil edilmiş və insan tələfatı ilə nəticələnmiş tətil.[1]

Milisin silahlı müdaxiləsi nəticəsində tətil iştirakçılarından təxminən 20 nəfər öldürülmüş, yüzlərlə insan həbs olunmuşdur. Həbs olunanlardan 300-ə yaxını sonradan SSRİ-nin müxtəlif bölgələrinə sürgün olunmuşdur. Sürgün olunanlar arasında tətil iştirakçılarının ailə üzvləri, qadınlar və uşaqlar da olmuşdur.

Reaksiya

Hadisə barədə məlumat 1954-cü ilin oktyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə ötürülüb və 2007-ci ildə məlumatın üzərindən məxfilik qrifi götürülüb. Hazırda həmin məlumatla MKİ-nin kitabxanasında kağız və elektron variantda tanış olmaq mümkündür.[2]

İstinadlar