Banu Avar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Banu Avar
Banu Avar
Doğum tarixi 18 iyul 1955(1955-07-18) (68 yaş)
Doğum yeri
Milliyyəti türk
Fəaliyyəti jurnalist, yazıçı
Əsərlərinin dili türk
İlk əsəri "Sərhədlər arasında"
banuavar.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Banu Avar (18 iyul 1955, Əskişəhər) — Türkiyə yazıçısı, jurnalisti, televizor proqramı aparıcısı.

Həyatı

18 iyun 1955-ci ildə Əskişəhərdə doğulmuşdur.

Karyerası

1980–1985

Jurnalistika karyerasına "Süreç" qəzetində başladı. 1980-ci illərdə "Günaydın", "Dünya", "Vatan" qəzetlərində işlədi. London Universitetinə yollandı. Londonda BBC TV kanalında sənədli filmlərin hazırlanmasında iştirak etdi. Sonra TRT-nin London müxbirliyinə gətirildi. TRT-də göstərilən "32-ci gün" proqramının London müxbirliyini etdi. "Kipr" sənədli filminin hazırlanmasında araşdırmacılıq etdi.

1985-h.h.

1999-cu ildə TRT 1 və TRT 2-də Mozaik və Kaleydeskop kimi proqramların aparıcılığını etmişdir.

"Mən Sezaram", "Krım müharibəsi", "Böyük Oyun", "Troya" sənədli filmlərinin hazırlanmasında böyük rol oynamışdır.

2008-ci ildə yazıçılığa başlamış, ilk əsəri olan "Sərhədlər arasında" romanı nəşr olunmuşdur.

Əsərləri

  • "Sərhədlər arasında" (2008)
  • "Hansı Avropa?" (2008) — 416 səhifə
  • "Avrasiyalı olmaq" (2009) — 392 səhifə
  • "Böl və ud" (2009) — 304 səhifə
  • "Hansı dünya şəraiti" (2009)
  • "Qaçın! Demokratika gəlir!" (2011)
  • "Demokratika planları" (2011)
  • "Gün, o gündür" (2013)

Qazandığı mükafatlar

  • Türkiyə Yazıçılar Birliyi mükafatı — 2005
  • TÜRKSAV mükafatı — 2005
  • Müasir Jurnalistlər Dərnəyi: Televizor mükafatı — 2006
  • Atatürkçülüyə töhfə mükafatı — 2006/07
  • Ürəkli Qadın mükafatı — 2006