Belçika Ümumi Əmək Federasiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Təşkilatın rəhbəri çıxış edərkən

Belçika Ümumi Əmək Federasiyası (nid. Algemeen Belgisch Vakverbond / fr. Fédération Générale du Travail de Belgique) və ya qısaca ABVV/FGTBBelçikanın 3 mərkəzi həmkarlar ittifaqı təşkilatlarından biri.[1] Sosialist milli həmkarlar ittifaqı federasiyasıdır.[1]

Tarixi

1898-ci ildə yaradılmışdır.[1] 1937-ci ildən hazırkı adını daşıyır.[1]

Məqsədi

Təşkilatın strategiyasında islahatların aparılması ilə nəyisə dəyişmək mümkün olsa da, onun əsas missiyası sosialist planlı iqtisadiyyatın və işçilərin özünüidarəsinin qorunub saxlanılmasına nail olmaqdır.[1]

Tərkibi

Digər həmkarlar ittifaqlarından fərqli olaraq, hansısa peşə və ya sənət deyil, iqtisadiyyatın sahələri üzrə təşkil olunmuşdur. Federasiya 14 həmkarlar ittifaqını, İctimai Xidmətlər Birliyi, Metal İşçiləri Birliyini və 36 regionlararası ittifaq orqanını əhatə edir.[1]

Beynəlxalq əlaqələri

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 Belçikada həmkarlar ittifaqları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 9 mart 2012-ci il.  (az.)

Xarici keçidlər

  • abvv.be — Belçika Ümumi Əmək Federasiyasının rəsmi saytı