Boruquyruqlar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Boruquyruqlar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Boruquyruqlar
Beynəlxalq elmi adı

Boruquyruqlar yarımdəstəsi-(lat. Tubulifera) Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsiə aid olan yarımdəstə.

Xarici quruluşu

Bığcıqları 8, bəzən 7 buğumludur (MDB-də aşkar edilməmiş Urothripidae fəsiləsinin nümayəndələrində 4-5 buğumlu). Bığcıqların trixomaları pulcuqlu, bəzən çoxsaylıdır. Qabaq və arxa qanadlar uzunluğuna və eninə görə təxminən eynidir. Damarsızdır, yalnız qabaq qanadın kökündə uzununa damarın güclü xitinləşmiş rudimenti qalmışdır. Qanadların kənarlarında uzun tükcüklərdən sıx saçaqlar, qabaq qanadın arxa kənarının zirvəsində isə çox vaxt əlavə kirpikciklər olur. Bəzən qanadlar gödəlmişdir və ya heç yoxdur. Qabaq ayaqların pəncələri birbuğumludur. Qarıncığın X seqmenti borucuq şəklində dartılmışdır.[2]

Həyat tərzi

Dişilərində yumurtaqoyan yoxdur. Sürfələrinin 2 yaş mərhələsi var, bığcıqları imaqonunkuna bənzəyir. Qanadlı formaların pronimfalarında qanad rüşeymləri vardır. Bığcıqları irəli yönəlmişdir, ancaq buğumları bitişikdir. Nimfanın bığcıqları arxaya yönəlmişdir. Qanadların rüşeymi arxa tərəfdə döş nahiyəsini keçir. Əgər varsa, 2-ci nimfa daha uzun bığcıqlı və qanad rüşeymlidir. Bir fəsiləsi vardır.

Yayılması

MDB-də və Azərbaycanda (Naxçıvan MR) yayılıb.İki fəsiləsi vardır.

Təsnifatı

İstinadlar

  1. Mound L. A. Order Thysanoptera Haliday, 1836. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 201–202. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  2. Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, -2004, -388 səh.

Həmçinin bax