Buassiye tovlu qulağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Buassiye tovlu qulağı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Melandrium boissieri Schischk. = M. latifolium (Poir.) Maire

Hündürlüyü (15) 35-60 (70) sm, gövdəsi düz, çəngəlvari budaqlanmış, əsasən aşağı hissədə qismən tüklü, çox vaxt çox xovlu-tüklü olan ikiillik və yaxud çoxillik ot bitkisidir.[1]

Yarpaq

Yarpaqları hər iki tərəfdən adətən sıx tüklüdür, kökətrafı və aşağı gövdə yarpaqları elliptik və ya uzunsov-əksinə neştərvaridir, qısa saplağa daralmışdır, qalanları isə oturaqdır, uzunsov və yaxud yumurtaşəkilli-neştərvari, bəzən yumurtaşəkillidir, sivri və ya az sivriləşmiş, nadir halda kütdür, yuxarıdakılar çox vaxt neştərvaridir.[1]

Çiçək

Çiçək qrupu boşdur, çəngəlvari budaqlanmışdır, erkəkcikli çiçəkləri daha budaqlanmış və çoxçiçəklidir.[1]

Meyvə

Qutucuğun uzunluğu (15) 17-18 (20) mm-dir, uzunsov-yumurtaşəkilli və ya əksinə armudşəkillidir, 10 ədəd dişlərlə açılandır, xariçə doğru qatlanmışdır. Toxumlarının uzunluğu 1 mm-ə qədərdir, böyrəkşəkillidir, qonur və az qabarıqdır.[1]

Çiçəkləməsi

Aprel-İyul (Avqust)[1]

Meyvə verməsi

May-Avqust[1]

Azərbaycanda yayılması

Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər.[1]

Yaşayış mühiti

Kolluqlarda, bağlarda, talalarda, otlu yamaclarda, qaya və daşların kölgəsində, çayın quru yataqlarında, alaqlı yerlərdə, bağ və bostanlarda, əkinlərdə alaq kimi rast gəlinir.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

Həmçinin bax