Cəbrayıl Hüseynov (kimyaçı)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cəbrayıl Hüseynov
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi Kimya
Elmi dərəcəsi Kimya elmləri doktoru (1962)
Elmi adı Professor
İş yeri BDU Kimya-texnologiya kafedrası
Təhsili ADNA-nın Kimya-texnologiya fakültəsi

Cəbrayıl Ələkbər oğlu Hüseynov (13 yanvar 19141969) — Kimya elmləri doktoru, professor.

Həyatı

Cəbrayıl Hüseynov 13 yanvar 1914-cü ildə anadan olmuşdur. O, 1930-cu ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) Kimya-texnologiya fakültəsinə daxil olmuş, 1935-ci ildə bitirmişdir.

Fəaliyyəti

Cəbrayıl Hüseynov 1950-ci ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, professor elmi adı almışdır. O, çoxsaylı proseslərin və sənayedə tətbiq olunan ixtiraların müəllifidir.

C.Ə.Hüseynov uzun illər Yeni Bakı Neftayırma, Azərneftyağ, Sintetik kauçuk zavodlarında rəhbər vəzifələrdə çalışmışdır. Onun əmək və elmi fəaliyyətinin əsas hissəsi Bakı neftayırma zavodlarında Azərbaycan neftlərindən istehsal olunan sürtgü yağlarının istehsal texnologiyasının təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasına həsr olunmuşdur.

C.Ə.Hüseynov 1961-1967-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı, eyni zamanda “Kimya texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun BDU-da neft texnologiyasına dair oxuduğu mühazirələr üç hissədən ibarət dərslik halında dərc edilmişdir. Bu dərsliklər rumın və çin dillərinə tərcümə edilmişdir. Cəbrayıl Hüseynov 7 monoqrafiya, 187 elmi əsər, 10 patentin müəllifidir, 8 elmlər namizədi hazırlamışdır. C.Ə.Hüseynov 1959-cu ildə Sumqayıt şəhərindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, bir sıra medallarla təltif edilmişdir.[1]

İstinadlar

  1. Bakı Dövlət Universitetinin professorları. - Bakı, 2014