Cəlal Qasımov (fəxri konsul)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cəlal Qasımov
Cəlal əlil oğlu Qasımov
Doğum tarixi 16 aprel 1952(1952-04-16) (72 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Tanınır Fəxri konsul[1]

Cəlal Cəlil oğlu Qasımov (16 aprel 1952, Kəlbəcər) — professor, texniki elmlər doktoru, Azərbaycan Respublikasının Slovakiya Respublikasında fəxri konsulu.[1]

Həyatı

Cəlal Qasımov 1952-ci ildə, aprel ayının 16-da Kəlbəcər rayonunun Kəbəcər şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Kəlbəcər şəhər orta məktəbinə daxil olan Calal Cəlil oğlu, həmin orta məktəbi 1969-cu ildə qurtarmışdır. O, 1970-ci ildən 1973-cü iə qədər Minsk şəhərində ordu sıralarında xidmət etmişdir.

Təhsili

C. C. Qasımov 1973-cü ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur. Sonra təhsilini 1974-cü ildən Slovakiyadakı Bratislava Texniki Universitetinin İnşaat fakültəsində davam etdirmişdir. O, Slovakiyaya Azərbaycan dövlətinin göndərişilə getmişdir. 1980-ci ildə həmin universitetin "Yerüstü və yeraltı qurğuların tikintisı" fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Ali təhsil alandan sonra C. C. Qasımov təyinatla Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna gəlib, assistent işləməyə başlamış, 1983-cü ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1987-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vurmuşdur. C. C. Qasımov 1987-ci ildə professor Bünyad Sərdarovun rəhbərliyi ilə "Bitum şlamı və polimer əsaslı idman meydançaları döşəmələrinin tərkibi yaradılmasının əsasları" dissertasiya müdafiə edib və texniki elmlər namizədi alimlik dərəcəsi almışdır.

Ailəsi

Qasımov evlidir, bir oğlu var.

Fəaliyyəti

  • Cəlal Qasımov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş müəllim və dossent işləmiş;
  • 1988-ci ildə həmin institutda Xarici tələbələr fakültəsinin dekanı seçilmiş;
  • 1992-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun doktoranturasına qəbul olub, həmin univeristetdə dossent işləmiş;
  • 1997-ci ildə Münhen Mühəndislər Akademiyasının akademiki Adolf Merkinin məsləhətçiliyi ilə "Polimer əsaslı tennis isman meydançalarının örtükləri" mövzusunda dissertasiya müdafiə edərək texniki elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Elmi fəaliyyətlərini davam etdirən C. C. Qasımov 4 müəlliflik şəhadətnaməsi almış, 35-dən çox elmi əsər yazıb nəşr etdirmişdir.
  • 24 aprel 2009-cu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Cəlal Qasımov Azərbaycan Respublikasının Slovakiya Respublikasında fəxri konsulu təyin edilir.[2]

İstinadlar

  1. 1 2 "Azərbaycanın Slovakiyada fəxri konsulu". az.trend.az. Archived from the original on 2023-07-06.
  2. "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)