Cəlil Vəzirov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cəlil Vəzirov
Doğum tarixi 8 noyabr 1944(1944-11-08)
Doğum yeri
Vəfat tarixi 19 avqust 2008(2008-08-19) (63 yaşında)

Cəlil Həbib oğlu Vəzirov (8 noyabr 1944, Naxçıvan19 avqust 2008) — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1987), "Qızıl dərviş" (2004), R. Rza adına Beynəlxalq ədəbi mükafatları laureatı (2004).

Həyatı

Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir (1968). "Şərq qapısı" qəzetində işləmişdir; baş müxbir, ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur (1968–2003). Cəlil Vəzirov Naxçıvan teatrı tarixinin, onun öncül nümayəndələrinin yaradıcılığının tədqiqatçısıdır. 21 kitab və broşürün, onlarca elmi-tənqidi məqalənin müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının (1976), Jurnalistlər (1978) və Yazıçılar (2000) birliklərinin üzvü, Teatr Xadimləri İttifaqı Naxçıvan Təşkilatının sədri olmuşdu (1980-ci ildən). 2004-cü ildən Azərbaycan MЕА Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İn-tunun Musiqi və Teatr şöbəsində elmi işçi işləyirdi.

Əsərləri

  • İbrahim Həmzəyev, B., 1982; Güldürən-ağladan, Naxçıvan, 1998;
  • Cavid dünyası. Naxçıvan, 2005.

İstinadlar