Cavidan Əfəndiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cavidan Əfəndiyev
Doğum tarixi 24 noyabr 1985(1985-11-24) (38 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı

Cavidan Əfəndi (Orxan Sadəddin oğlu Əfəndiyev; 24 noyabr 1985, Bakı) — Azərbaycanlı yazıçı, şair, dramaturq

Həyatı

Cavidan Əfəndiyev 1985-ci il, Noyabr ayının 24-ə, Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirmişdir. 2009-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə üzv seçilmiş, "Gənclər, İdman və Turizm Məsələləri Daimi Komissiyası"nın sədr müavini vəzifəsində çalışmışdır.

6 kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür.

Yaradıcılığı

Yaradıcılığa 14 yaşından şeirlərlə başlamışdır. Daha sonra bir sıra poemalar və pyeslər qələmə almışdır. Sözlərinə mahnılar bəstələnmiş və mahnıları dəfələrlə "V&V Company" tərəfindən keçirilən "İlin mahnısı" nominasiyası üzrə qalib olmuşdur.

2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2015-ci ildən Prezident təqaüdçüsüdür.

Kitabları

1. "Dünya yaman dünyadır" 1999-cu il, (şeirlər.)

2. "Ömrün ilk pillələri" 2002-ci il, (şeirlər və pyes)

3. "Oxu, bülbül" 2005-ci il, (şeirlər.)

4. "Mənim dünyam" 2009-cu il, (şeirlər və pyes.)

5. "Dalğalar" 2005-ci il, (şeirlər və poema.)

6. "Tanış olaq, bu mənəm!" 2016-cı il. (şeirlər və pyeslər.)

7. "Çəhrayı paltolu qız" 2017-ci il (şeirlər.)

Xarici keçidlər