Culfaçılıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

CulfaçılıqAzərbaycanda pambıq parça (bez, cecim və s.) toxuculuğu ilə bağlı ənənəvi sənət növü. Keçmişdə pambıq parçanın özünəməxsus istehsal texnologiyası olmuşdur. Toxuma prosesi culfa dəzgahında nişana və məkik vasitəsilə icra olunurdu. Cecim toxumaq üçün iplik əvvəlcədən müxtəlif rənglərə boyanırdı. Culfaçılıqda bez istehsalı əsas yer tutduğundan, o, bəzzazlıq da adlandırılmışdır. Azərbaycanda əsasən, ev peşəsi səciyyəsi daşımışdır. Naxçıvan, Culfa, Gəncə, Ordubad və s. şəhərlərdə culfaçılıq kustar sənət və əmtəə istehsalı səviyyəsinə qalxmışdır. XIX əsrin 30-cu illərində Ordubad əhalisinin yarıya qədəri bəzzazlıqla məşğul olmuşdur.[1]

Həmçinin bax

İstinadlar

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 449.