Dövlət-korporasiya cinayəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Dövlət-korporasiya cinayəti — Kramer və Michalowski tərəfindən 1990-cı ildə kriminologiya elminə bəxş edilmiş termin.[1]

Kramer və Michalowski-ə görə, dövlət və korporasiyaların birgə törətdikləri cəmiyyətə zərərli və qeyri-qanuni əməllər, habelə, dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsindən bəhrələnən korporasiyaların törətdikləri cinayətlər dövlət-korporasiya yaxud dövlət-şirkət cinayətləri adlanır. Tənqidi kriminologiyanın bir hissəsi olan bu mövzu olduqca yeni olduğundan bu sahədə çox saylı genişmiqyaslı tədqiqatlara ehtiyac var, amma ki, Kramer və Michalowski-nin nəzəriyyəsi yarandığı gündən etibarən bir çox böyük miqyaslı cinayətlərə yeni baxış prizmaları ortaya çıxmaqdadır.

İstinadlar

  1. Kramer R. & Michalowski, R. (1990). "State-Corporate Crime". Paper presented at the Annual Meeting of the American Society of Criminology. November 7–12.

Xarici keçidlər