Dərinlik-buruq süxurlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Dərinlik-buruq süxurları (DBS) - neft mədəni yerlərində kəşfiyyat quyuları qazılarkən və istismarı dayandırılmış neft quyuluranın təkrar istismarı üçün aparılan yeraltı təmir işləri zamanı yerin səthinə lay suları ilə axıdılıb çala və çökəkliklərdə toplanan şlam çöküntüləridir.

Süxur

Həmin çöküntülər ikinci cahan müharibəsi dövründə Abşeron yarımadasında süni yaradılmış çalalarda xam neftin toplanması və çökdürülməsi zamanı da əmələ gəlmişdir. Ona görə də dərinlik-buruq süxurları genezislərinə görə iki tipə ayrılırlar[1]:

  1. Neft buruqlarının qazılması və təmiri zamanı lay suları ilə yaranan DBS;
  2. Xam neftin çıxarılıb anbarlaşdırılması və çökdürülməsi zamanı yaranan DBS.

Hər iki tipə məxsus DBS neft məhsulları ilə bu və ya digər dərəcədə hopmuşlar.

Xarici keçid

Həmçinin bax

istinad

  1. Yaqubov Q. Ş. Azərbaycan respublikasının texnogen-pozulmuş torpaqlarının tədqiqi, genetik xüsusiyyətləri və onların rekulvitasiyası Bakı 2003