Dəspinə xatun (Abaqa xan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Despina xatun
yun. Μαρία Παλαιολογίνα
1265 – 1282
ƏvvəlkiDoqquz Xatun
SonrakıDoqquz Xatun
Şəxsi məlumatlar
Doğum tarixi XIII əsr
Doğum yeri
Vəfat tarixi XIII əsr
Vəfat yeri
Fəaliyyəti Christian nun[d]
Atası Mixail VIII Paleoloq
Həyat yoldaşı Abaqa xan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəspinə xatun və ya Maria PaleoloqinaElxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı.

Həyatı

Monqolların Müqəddəs Məryəm kilsəsi İstanbuldakı məscidə çevrilməmiş az sayda kilsələrdən biridir.

XIII əsrdə doğulub. İmperator Mixailin qeyri-qanuni övladı idi.O Monqollara gəlin göndərilmək üçün şəxsən atası tərəfindən seçilmişdi.[1] Bacısı Noğay xanla evli idi.[2] 1265-ci ildə Konstantinopolu tərk edən Mariya yolüstü Hülakü xanın öldüyünü öyrəndi. Əvəzində oğlu Abaqa ilə evləndirildi. 1282-ci iləcən İranda yaşayan Mariyaya monqollar Dəspinə xatun ləqəbi vermişdilər.

Dul həyatı

Əhməd Təkudar xanın hakimiyyətə gəlməsindən sonra Konstantinopola qayıdan Mariyanı bu dəfə qardaşı II Andronik 1307-ci ildə Abaqa xanın nəvəsi Məhəmməd Olcaytu ilə evləndirmək istədi. Lakin Osmanlı ordusunun Kiçik Asiyadakı fəaliyyətləri buna imkan vermədi. Mariya bundan sonra "Qanlı Kilsə" olaraq bilinəcək Monqolların Müqəddəs Məryəm kilsəsində rahibə həyatı başladı. Özünə Melaniya adını aldı və orada vəfat etdi.

Ailəsi

Abaqa xanla evliliyindən Araçatlun adlı qızı olmuş, onu Bizansa apararaq Teodora adı ilə böyütmüşdü.[3]

Həmçinin bax

İstinadlar

  1. Steven Runciman (1987) [1952-1954]. A History of the Crusades 3. Penguin Books. ISBN 978-0-14-013705-7, səh. 320
  2. Aleksandr van Milligen (1912). Byzantine Churches of Constantinople. London: MacMillan & Co, səh. 272
  3. Rüstəm Şükürov, Byzantine Turks, 84

Xarici keçidlər