Daşarası kabab

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Daşarası kababAzərbaycanın Qəbələ rayonunda hazırlanan kabab növü.

Hazırlanması

Daşarası kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər.

Bu kababın hazırlanmasında qoyun (quzu) əti, quyruq yağı, kartofbadımcandan istifadə edilir. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar.[1]

İstinadlar

  1. "Daşların arasında hazırlanan kabab". 2017-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.