Danyeri qalası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Danyeri qalasıŞərur rayonunun Danyeri kəndinin yaxınlığında arxeoloji abidə.

Danyeri qalası böyük qala və kiçik qala adlanan hissələrdən ibarətdir. Qala divarları yonulmamış qaya parçalarından hörülərək gil məhlulu ilə bərkidilmişdir. Divarların bəzi qismləri yonulmuş daşlardan inşa edilmişdir. Qala divarları yarımdairəvi bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Qalanın içərisində, qala divarına bitişik, dördkünc formalı binaların qalıqları qalmaqdadır. Aşkar olunan keramika məmulatı çəhrayı və boz rəngdə bişirilmiş qabların parçalarından ibarətdir. Keramika məmulatı içərisində şirli qabların parçaları da vardır. Qalanı arxeoloji materiallara əsasən VIII–XVIII əsrlərə aid etmək olar.

Mənbə

  • Naxçıvan Abidələri Ensiklopediyası. Naxçıvan. 2008.