Darıdağ Karbon Qazı Zavodu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Darıdağ Karbon Qazı ZavoduCulfa şəhərinin 3 km-liyində, Culfa-Ordubad avtomobil yolunun solunda, Darıdağın ətəyində, Darıdağ mineral su mənbəyi ərazisindədir.[1]

Haqqında

Əvvəllər Azərbaycan Respublikası Yeyinti Sənayesi Nazirliyinin nəzdində idi. Sonralar mineral su yatağının bazası əsasında karbon qazının alınması məqsədilə kəşfiyyat işləri aparılmış, 1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində zavod yaradılmışdır. Karbon qazından mineral suların və şampan içkilərinin qazlaşdırılmasında və digər sahələrdə istifadə olunurdu. 1970-ci illərdə zavodun istehsal gücü çox aşağı olmuşdur. Buna görə 1980-ci ildə həmin ərazidə sutkalıq istehsal gücü 30 ton olan və müasir tələblərə cavab verən yeni zavod tikilib istifadə verilmiş, Azərbaycan Mineral Sular və Naxçıvan Mineral Sular Birliyinin sərəncamına verilmişdir.

İstinadlar

  1. "Naxçıvanda karbon qazı və quru buz istehsal edən müəssisə istifadəyə verilib". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-07.

Mənbə