Dariya Stavroviç

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dariya Stavroviç
Ümumi məlumatlar
Doğum tarixi 1 fevral 1986(1986-02-01) (38 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, bəstəkar
Fəaliyyət illəri 2006-cı ildən
Janrlar art-rok, alternativ rok, nyu-metal
Musiqi alətləri piano, gitara
Səs tembri soprano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dariya Sergeyvna Stavroviç (rus. Да́рия Серге́евна Ставрович) (1 fevral 1986, Velsk, Arxangelsk vilayəti) — Rusiyalı müğənni, bəstəkar. Nuki adı ilə də tanınır. 2006-cı ildən "Slot" alternativ rok qrupunun vokalistidir. "Slot"un üzvü olaraq doqquz studiya albomunun yazılmasında iştirak edib. 2012-ci ildən başlayaraq "Nuki" solo layihəsi üzərində də çalışır. Bu layihə əsasında 4 albom çıxarıb. 2016-cı ildə "Qolos" musiqi layihəsinin beşinci mövsümünün yarımfinalçısı olub.

Bioqrafiya

Dariya Sergeyvna Stavroviç 1 fevral 1986-cı ildə, Rusiya Federasiyasının Arxangelsk vilayətində anadan olub. Atası cərrahdır, anasının musiqi pedaqoji təhsili var[1]. Arzamasda orta məktəbi bitirdikdən sonra Nijni Novqorod Musiqi Məktəbində daxil olub.

Karyera

2006-cı ildə Stavroviç "Müasir İncəsənət İnstitutu"nda akademik və pop-caz oxuma fakültəsində təhsil ala ala alternativ rok qrupu olan "Slot" qrupuna üzv olur. Dariya "Slot" qupunun vokalisti olaraq doqquz albomunun yazılmasında iştirak edir.

2013-cü ildən bu günə kimi doqquz mahnı yazdığı beynəlxalq "Force United" layihəsində iştirak edir.[2] Forces United layihəsində Maksim Samosvat, Konstantin Seleznev, Pyotr Elfimov, Evgeny Egorov və Yarkko Ahola kimi musiqiçilər də iştirak edir.[3]

2014-cü ildə İqor Sandlerin rəhbərlik etdiyi prodüser mərkəzindən "Ən Yaxşı Rok Vokalı" üçün verilən "Zolotaya Nota" mükafatını alır.[4] Ardınca isə "NewsMuz" portalındakı səsvermənin nəticələrinə görə "Ən yaxşı ifaçı" kateqoriyasında ikinci yeri tutur.[5]

2015-ci ildə Stavroviç "ArcheAge" onlayn oyununda müğənni Ariyanın ifasını səsləndirir.[6]

2016-cı ildə Rusiyanın "Birinci Kanal"ında yayımlanan "Qolos" musiqi yarışmasının beşinci mövsumundə iştirak edir. Yarışmada, 30 sentyabr 2016-cı ildə şouda İrlandiyalı rok qrupu "The Cranberries"un "Zombi" mahnısını ifa edir və yarışmaya qəbul edilərək Qriqori Lepsin komandasına qoşulur.[7][8] Yarışmada uğurla iştirak edərək yarımfinala kimi yüksəlir.[9]

2019-cu ildə Daria Arxangelsk sakinlərinə dəstək olur və Şies stansiyasında Moskva zibilxanasının inşasına qarşı çıxış edir.[10]

Albomları

2007 – 2 müharibə (təkrar yazılma)

2007 — Üçlük

2009 – 4ever

2011 — F5

2011 — Kodu pozun

2013 — Altıncı

2016 — Septima

2018 – 200 kW

2021 — Survival Instinct

İstinadlar

  1. "Arxivlənmiş surət". 2016-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  2. "Arxivlənmiş surət". 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  3. "Arxivlənmiş surət". 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  4. https://web.archive.org/web/20170313210215/http://sandlerstudio.ru/goldennoteaward/
  5. "Arxivlənmiş surət". 2015-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  6. "Arxivlənmiş surət". 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  7. "Arxivlənmiş surət". 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  8. "Arxivlənmiş surət". 2016-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  9. "Arxivlənmiş surət". 2017-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  10. "Arxivlənmiş surət". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.