Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı
Ümumi məlumatlar
Kateqoriya Mineral

Darrıdağ karbonatlı-mərgümüşlü su yatağıNaxçıvan MR Culfa şəhə­rinin şimal-şərqində, dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Yataq üst eosen-oliqosenin vulkanogen törəmələrindən təşkil olunmuş Darrıdağ antiklinalının cənub-qərb qanadına aiddir. Mineral bulaq antiklinalın pozulmuş tağ hissəsinin parçalanmış əhəngdaşılarında boşalır və suları kar­bo­nat, hidro­karbonat-xlorid-natriumlu yüksək dərəcədə minerallaşmış (17-21 q/l), qaynar (42-) və ya ilıqdır (23-). Darrıdağ bulaqları haqqında ilk məlu­mat 1830-cu ilə gedib çıxır. Onlardan mədə-bağırsaq, əzələ, qanazlığı, periferik əsəb sistemi və ginekoloji xəstəliklərin müalicəsində istifadə olunur. Yatağın bazasında balneoloji klinika fəaliyyət göstərir.  

Mənbə

  • Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.