Dinamo (xokkey klubu, Riqa)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

«Dinamo» Riqa hokkey klubu (latış. «Dinamo» Rīga‎) — Latviyanın Riqa şəhərində fəaliyyət göstərmiş hokkey klubu. Klub 1946-cı ildə təşkil edilmişdir. 1995-ci ildə isə fəaliyyətini dayandırmışdır.

Riqada şayba ilə hokkeyin tarixi

Latviyada hokkey ənənləələri XX əsrin əvvəllərində meydana gəlmişdir. Riqada Rudiya imperiyası tarixində ilk dəfə 1908-ci ildə kanada hokkeyi üzrə «Yunion» və Atıcı parkı[1] arasında görüş baş tutmuşdur. 1930/1931-il mövsümündə isə Latviyanın ilk çempionatı keçirilmişdir. Burada «Yunion», «Vanderer» və «Yuniversitates Sport» klubları iştirak edirdi.

Klubun tarixi

1946-ci ildə hokkey üzrə SSRİ cempionatında Riqada Dinamo klubu təşkil edilmişdir. İlk yarışında klub dördüncü yeri tutmuşdur. 1947/1948 mövsümlərdə klub ilk üçlükdən kənarda qalır. Sonrakı on il ərzində klub «Dauqava» adı ilə turnirin orta səviyyəli klubu olmuşdur. 1957/1958 mövsümündə çempionatda sonuncu yeri tutur. 1958/1959 mövsümü ikinci qrupda keçirməli olur. Uzun zaman ikinci divizyonun güclü komandalarından biri idi.

1968-ci ildən «Dinamo» klubunu Viktor Vasileviç Tixonov təyin edilir. Onun rəhbərliyi altında 1973-cü ildə klub güçlülər liqasına qayıdır. 1976/1977 mövsümündə SSRİ çempionatında dördüncü yeri tutur. Bundan sonra Tixonov MOİK-dan təklif alaraq klubu tərk edir. 1987/1988 mövsümündə isə klub Vladimir Vladimiroviç Yorzinovun rəhbərliyi ilə ikinci yeri tutur.

SSRİ dağıldıqdan sonra klub «Riqa» adı ilə MDB çempiontında iştirak etmişdir. Bundan sonra bir neçə beynəlxalq yarışlarda iştirak etmişdir. Klub 1995-ci ildə fəaliyyətini dayandırmışdır.

Klubun adı

Klub dəfələrlə adını dəyişmişdir. Bununla belə mövcudluğu dövrünün böyük qismini «Dinamo» olaraq adlandırılmışdır. 1949—1958 və 1960—1963 illər ərzində «Dauqava», 1958—1960-ci illər ərzində «RVZ» və «Vaqonqayırma», 1963—1991-ci illər ərzində isə «Dinamo» adı ilə fəaliyyət göstərmişdir. 1991 - 1995-ci illər ərzində klub «Riqa», «Riqa Stars» və «Pardauqava» adları ilə fəaliyyət göstərirdi.

Nəticələri

  • SSRİ çempionatının gümüş mükafatçısı (1988).
  • SSRİ cempionstında dördüncü yer (1947, 1948, 1977 və 1990).
  • SSRİ kubokunun yarım finalçısı (1977, 1979).

Baş məşqçiləri

  • SSRİLatviya Yanis Dobelis (1946—49)
  • SSRİLatviya Edvards Klavs (1949—61)
  • SSRİ Anatoli Yeqorov (1961—62)
  • SSRİ Georgi Kiriloviç Firsov (1962—63)
  • SSRİRusiya Viktor Vasilyeviç Tixonov (1968—77)
  • SSRİLatviya Evald Qrabovski (1977—80, 1989—91)
  • SSRİRusiya Vladimir Vladimiroviç Yorzinov (1980—89)
  • Latviya Yevgeni Banov (1992)
  • Latviya Yoris Reps (1992—94)
  • Latviya Mixail Beskaşnov (1994—95)
  • Latviya Leonid Arkadyeviç Berensev (1995)

Görüşlər

Mövsüm Klub Hesab
1988 Kanada Kalqari Fleymz 2—2
1988 Kanada Edmontob Oylers 1—2
1988 Kanada Vankuver Kenans 1—6
1988 ABŞ Los-Ancelos Kinqs 5—3
1989 ABŞ Çikaqo Blekhoxs 1—4
1989 ABŞ Sent-Luis Blyoz 0—5
1989 ABŞ Minnesota Nort Straz 2—1
1989 ABŞ Vaşinqton Kepitalz 1—2
1990 Kanada Monreal Kanadiens 2—4

Mənbə

İstinadlar

  1. "1946—1956. Лучшие в мире с первой попытки". 2012-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.