Donor aşqarlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Donor aşqarlar — öz elektronlarını asanlıqla verə bilən və deməli, sərbəst elektronların sayını artıran aşqarlar. Donor aşqarlarda elektronlar əsas yükdaşıyıcılar, deşiklər isə qeyri-əsas yükdaşıyıcılardır:

na — aşqarların valentliyi, ny — yarımkeçiricinin valentliyidir.[1]

Tutaq ki, silisium (Si) kristalında bəzi atomlar V qrup elementi arsenlə (As) əvəz edilmişdir. As-nın xarici elektron təbəqəsində 5 elektron olduğu üçün onun bir elektronu rabitədə iştirak etmir və öz atomu ilə zəif əlaqədə olur. Ona görə də o sərbəstləşə bilir. Bu zaman deşik əmələ gəlmir, çünki sərbəstləşən elektron rabitəni tərk etməyib. Bu tip aşqarlar donor aşqarlar adlanır. Donor aşqara malik yarımkeçiricilərdə keçiricilik əsasən elektronlar hesabına olduğu üçün onlara n-tip (neqativ-mənfi) yarımkeçiricilər deyilir. n-tip yarımkeçiricilərdə elektronlar əsas, deşiklər qeyri-əsas yükdaşıyıcılardır.[2]

Həmçinin bax

İstinadlar

  1. Təbiət elmləri lüğəti, Bakı 2006, səh. 92
  2. TQDK — Fizika, Bakı 2008, səh. 265