Dropa diskləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Dropa daşları və ya Dropa diskləriÇində tapılan və 12.000 il əvvəl Yer planetinə qəza etmiş dropalılar tərəfindən yaradıldığı iddia edilən daşlar.

Tarixçə

Kəşf olunması

1938-ci ildə Pekin Universitetinin professoru Çi Pu Tenin başçılıq etdiyi arxeoloji ekspedisiya Bayan-Kara-Ula dağlarında tədqiqat aparırdı. Bu zaman qrup qəribə kəşf etdi. Dağ mağaralarının birində məzarlar və məzarların içində çox qırılqan, 130 sm uzunluğunda, kəllə sümükləri geniş insanabənzər skeletlər aşkar olundu. Mağaraların divarlarında isə günəş, ay, Yer, ulduz təsvirləri tapıldı. Sonra təsadüf nəticəsində qəribə daş disklər tapıldı. Onlar dairəvi idilər, ortalarında diametri 2 sm olan yumru dəlik vardı və bu dəliklərdən kənara incə spiral xəttlər çıxırdı. Bu disklərin sayı 716 ədəd idi. Onların yaşı 10–12 min il idi. Hər biri 2 sm qalınlığına və 25 sm diametrinə malik idi. Üstlərində naməlum heroqliflər vardı və heroqlifləri ancaq mikroskopla oxumaq mümkün idi. Disklər Pekin Universitetinə apardılar və tezliklə unuduldular.

Heroqliflərin oxunması

1962-ci ilə qədər disklərin üzərlərindəki heroqlifləri oxumaq mümkün olmadı. Nəhayət, 1962-ci ildə Pekin Universitetinin üzvü Tsum Um Nuy yazıların sirrini aça bildi. O, hər diski mikroskopla nəzərdən keçirdi, hər heroqlifə məna verməyə çalışdı və bunu bacardı. Sözlər aydınlaşdıqca cümlələr də ortaya çıxırdı.

Disklərdə yazılan məlumata görə 12.000 il əvvəl (e.ə 10.000-cu ildə) kosmik Dropa xalqının gəmiləri xarab olmuş və onlar Himalay dağlarına məcburi eniş etmişdilər. Dropalılar mağaralara sığınmış, lakin yerli ibtidai Ham qəbiləsinin hücumlarına məruz qalmış, hətta bəzi dropalılar ölmüşdü. Dropalılar hanlara düşmən yox, dost olduqlarını başa saldıqdan sonra sakitçilik tapa bilmişdilər. Lakin onlar planetlərinə qayıda bilməmişdilər. Tsum Um Nuyun işi o qədər sensasiya doğuran idi ki, hətta Pekin Universiteti onun işini yaymağı qadağan etdi. Lakin tezlikə bu tədqiqat dünyada yayıldı və böyük müzakirəyə səbəb oldu.[1]

İstinadlar

  1. "Dropa Taşları". Saklı Site (türkcə). 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.