Elşad Tahirov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elşad Tahirov
Ümumi məlumatlar
Doğum yeri

Elşad TahirovAzərbaycan futbolçusu

Həyatı

Elşad Tahirov 22 yanvar 1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur.

1989-1990, 2001-2002, 2005-2007-ci illərdə Xəzər FK (Lənkəran), 1990-1992-ci illərdə Neftçi PFK (Bakı), 1992-1995-ci illərdə Saxalin FK (Saxalin), 1995-1999-cı illərdə Viləş FK (Masallı), 1999-2001-ci illərdə Xəzər Universiteti FK (Bakı), 2004-2005-ci illərdə “Şəmkir” FK (Şəmkir), 2007-2008-ci illərdə isə Masallı FK (Masallı) kimi klublarda peşakar futbolla məşğul olmuşdur. Peşəkar məşqçilik karyerasına 2008-ci ildə Xəzər FK (Lənkəran) klubunda qapıçı-məşqçisi olaraq başlamışdır. 2010-2011-ci illərdə 16 yaşadək oğlanlardan ibarət milli komandanın, 2011-2013-cü illərdə 17 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013-2014-cü illərdə 15 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013-2014-cü illərdə yenidən Xəzər FK-nın (Lənkəran) məşqçisi olmuşdur. 2014-cü ildən etibarən 16 yaşadək oğlanlardan ibarət milli komandanın qapıçı məşqçi funksiyasını yerinə yetirir.

2009-cu ilin iyun ayında “C” kateqoriyalı məşqçi lisenziyasına yiyələnmiş, noyabr ayından etibarən isə “B” kateqoriyalı məşqçi lisenziyanın sahibidir.

Xarici keçidlər