Elburus Muradov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elburus Muradov
Elburus Ənvər oğlu Muradov
Doğum tarixi
Doğum yeri Qulak-Kurqan, Suzan, Qazaxıstan SSR, SSRİ
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti mühəndis

Muradov Elburus Ənvər oğluAzərbaycan Respublikasının əməkdar mühəndisi.

Həyatı

Elbrus Muradov 1939-cu ildə Qazaxıstanda doğulub. 1946-cı ildə Qulak-Kurqan kənd məktəbinə gedib.

Bakı şəhərinə köçdükdən sonra 156 saylı məktəbdə təhsilini davam etdirib. Orta məktəbi bitirəndən sonra 2 saylı TPM-i tamamlayıb. 1958-ci ildə texniki peşə məktəbininin elektromexanik ixtisasını bitirib, Azərbaycan Dəmir Yolunda əmək fəaliyyətinə başlayıb.

1958–1967-ci illərdə Biləcəri distansiyasında elektramexanik vəzifəsində çalışıb. İşləyə-işləyə Azərbaycan Politexnik İnstitutuna daxil olub. "Radiotexnika və radiorabitə" fakültəsini bitirib.

1967–1970-ci illərdə Bakı Metropoliteninin İMB və Rabitə xidmətində İTŞ böyük mühəndisi, 1970–1971-ci illərdə Biləcəri distansiyasında baş mühəndis, 1975–1980-ci illərdə Metropolitendə İMB və Rabitə xidmətində rəis vəzifəsində işləyib.

1980–1986-cı illərdə Azərbaycan Dəmir Yolunda baş mühəndis-rəis müavini vəzifəsində çalışıb.

1987–1992-ci illərdə Bakı Metropolitenində baş mühəndis, 1992–1997-ci illərdə "Azərbaycannəqliyyattikinti" şirkətində baş mühəndis, şirkət prezidentinin müavini vəzifələrində işləyib.

1997-ci ildən 2014-cü ilin fevral ayına qədər Bakı Metropolitenində baş mühəndis işləmişdir. 2014-cü ilin fevralından vəfat edənə qədər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.

Elbrus Muradov 2014-cü il oktyabrın 17-də 75 yaşında qəfildən dünyasını dəyişmişdir[1].

Mükafatları

  • Fəxri dəmiryolçu
  • "Əməkdar mühəndis"


Həmçinin bax

İstinadlar

  1. "Elbrus Muradov vəfat edib". MEDİAFORUM (az.). mediaforum.az. 2014-10-17 - 13:24:00. 2014-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-18.