Elnur Rzayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elnur Rzayev
bayraq
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
31 oktyabr 2019-cu ildən
ƏvvəlkiŞəmsəddin Xanbabayev
bayraq
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini
bayraq2
2015 – 2019
ƏvvəlkiNaqif Həmzəyev
SonrakıSəməd Tomuyev
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1980(1980-04-02) (44 yaş)
Doğum yeri
Təhsili

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Elnur Şahbaz oğlu Rzayev (2 aprel 1980, Aşağı Şorca, Vardenis rayonu) — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı

Elnur Rzayev 2 aprel 1980-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment" ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İstehsal sistemlərinin idarəedilməsi" ixtisası üzrə magistr, 2010–2013-cü illərdə Azərbaycan Respublikasınn Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə" idarəetməsi ixtisası üzrə təhsil almışdır.

2004–2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009–2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, 2013–2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru, 2015–2019-cu illərdə isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır[1].

Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[2]

İstinadlar

  1. Naqif Həmzəyevin yerinə təyinat oldu Arxivləşdirilib 2016-03-01 at the Wayback Machine — 3. dekabr 2015
  2. "E.Ş.Rzayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.