Elyar Muradov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
ELYAR MURADOV
Elyar Həbib oğlu Muradov
Doğum tarixi (60 yaş)
Doğum yeri Qumlaq, Cəbrayıl
Fəaliyyəti mühəndis
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2012

Muradov Elyar Həbib oğlu (1963) - Azərbaycanın Əməkdar mühəndisi.

Həyatı

Elyar Muradov 14 iyun 1963-cü ildə Cəbrayıl rayonun Qumlaq kəndində doğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri institutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Təyinatla Bakı vaqon Deposuna göndərilib. Depoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb.

Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək Deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Elyar Muradov 1989-cu ilədən 1991-ci ilədək Depoda baş texnoloq vəzifəsində işləyib.

Elyar Muradov 1991-ci ilədən 1996-cı ilədək Deponun baş mühəndisi vəzifəsində çalışıb.

Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib.

Elyar Muradov 9 mart 2004-cü ilədə günümüzədək Azərbaycan Dəmir Yolu Sərnişin daşımaları Departamentinin rəisi vəzifəsində çalışır.

Mükafatları

2012-ci ildə Prezidentin fərmanı ilə "Əməkdar mühəndis" adını alıb. Fəxri dəmiryolçudur.

Həmçinin bax