Emboabas müharibəsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Emboabas müharibəsi1708-ci ildə Şərqi Braziliyada iqtisadi səbəbdən baş vermiş vətəndaş müharibəsi.

Səbəbi

XVII əsrdə Şərqi Braziliyanın Minas Gerais əyalətində qızılın tapılması San-Pauludan gələn və oradakı mədənlərin özlərinə aid olduqlarını iddia edənlər və çoxu avropalı immiqrantlar olan Emboabas adlı yeni məskunlaşanlar arasında gərginliyin yaranmasına səbəb oldu. Gərginlik 10 il davam etdi.

Müharibənin alovlanması

Avropalılar rəqiblərinə nisbətən daha da artdılar və 1708-ci ildə qızıl mədənlərini ələ keçirmək üçün müharibəyə başladılar. Müstəmləkə hökuməti tərəfindən də dəstəklənən emboabaslar rəqiblərini həmin əraziləri tərk etməyə məcbur etdilər. San-Pauludan gələnlər qərbdəki Mato Qrossoya doğru geri çəkildilər və xoşbəxtlikdən 1718-ci ildə geri çəkildikləri ərazidə yeni qızıl mədənləri tapdılar.

Mənbə