Enter klavişi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Enter klavişi, daxiletmə klavişikompüterə daxil edilən sətrin bitdiyini və ya komandanın başladılmasını bildirən klaviş. Belə klaviş, adətən, klaviaturanın əsas blokunda yerləşdirilir. IBM firmasının və onlarla uyumlu kompüterlərdə həmin klaviş, Enter kimi, Apple Macintosh klaviaturalarında isə Return kimi qeyd olunur. Enter klavişi əməliyyat sisteminə komandanın çalışdırılmasının gərəkliyini, mətn emalı proqramına isə abzasın sonunu göstərir. Macintosh klaviaturalarında və təkmilləşdirilmiş IBM klaviaturalarında rəqəm klaviaturası hissəsində daha bir Enter klavişi nəzərdə tutulub.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı