Ereksiya halqası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ereksiya halqası (ing. - cock ring) - ereksiyanı daha güclü hala gətirmək və ya müddətini uzatmaq üçün nəzərdə tutulmuş penisin ətrafına taxılan halqa.[1] Ereksiya halqası orqazmın intensivliyini də əhəmiyyətli dərəcədə artıra bilər.[2] Seks oyuncaqlarından biri hesab olunun ereksiya halqaları dəri, metal, plastik, kauçuk, silikon kimi müxtəlif materiallardan hazırlana bilər.[3]

Risklər

Ereksiya halqası satıcıları və tibbi mənbələr ereksiya halqasının 30 dəqiqədən çox taxılmamalı olduğunu vurğulayırlar. Bu müddətdə yuxuya getmək və ya narkotik istifadə etmək təhlükəlidir. Penisin keyiməsi, soyuması və ya ağrıması problemlərin başlamasına işarədir. Belə hislər yarandıqda ereksiya halqası mütləq çıxarılmalıdır.

Həmçinin bax

İstinadlar

  1. "www.health.com - What Is a Cock Ring". 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.
  2. "The Best Cock Rings to Help Your Erections". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.
  3. "9 Nifty Uses for Cock Rings". 2021-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.