Evqlenakimilər dəstəsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Evqlenakimilər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Evqlenakimilər
Beynəlxalq elmi adı
Euglenida

Evqlenakimilər dəstəsi (lat. Euglenida ) — Qamçılılar sinfinə aid olan dəstə.

Haqqında

Evqlenakimilər dəstəsi — Bu dəstə bədənin ön tərəfində bir qamçı olan, əsasən şirin sularda yaşayan qamçılıları birləşdirir. Evqlenakimilərin bədəni pellikula ilə örtülüdür. Pellikula bəzi növlərdə yaşıl evqlenada olduğu kimi elastiki, bəzilərində isə möhkəm olub, bədənə sabit forma verir. Evqlenakimilər yaşıl bədənə, çoxlu xromatoforlara malikdirlər. Onlar üçün holofit qidalanma, bəzi rəngli formalar üçün miksotrof qidalanma xasdır. Bütün rəngli evqlenakimilər qırmızı gözcüyə — stiqmaya malikdir.[1] Rəngsiz növlər saprofit, bir çoxu isə holozoy üsulla qidalanır. Holozoy üsulla qidalanan evqlenakimilər xüsusi orqanoidlər: hüceyrə ağzı — sitostom, sitoplazmanın dərinləşməsindən əmələ gələn udlaq yerləşir. Rəngli evqlenakimilərdə bu orqanoidlər müşahidə olunmur. Adətən bir yumulan vakuola malikdirlər. Evqlenakimilər çirkli su hövzələrində geniş yayılmışdır, bəzən onlara torpaqda da rast gəlinir. Bir çoxu müxtəlif heyvanların bağırsağında parazitlik edir.[2]

Mənbə

B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, "Təhsil" 2008, 568 səh
  2. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s