Eymeria

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Eymeria – (lat. Eimeria magna ) – koksidilər sinfinə aid növ.

Bu növ adadovşanlarının bağırsaqlarında parazitlik edir və geniş yayılmışdır. Eymeria magna bağırsağın epiteli hüceyrələrində parazitlik edir. Elektron mikroskopik tədqiqatlar göstərir ki, koksidilər həddən artıq kiçik olmalarına baxmayaraq çox mürəkkəb quruluşa malikdirlər. Xüsusən onların sporozoit və merozoit mərhələləri mürəkkəb quruluşludur. Koksidilərin bədəni xaricdən üçqatlı membranla – pellikula ilə örtülmüşdür. Daxildə konoid mikronemlər, mikroborucuqlar, nüvə, endoplazmatik şəbəkə, Holci aparatı, mitoxondri, roptrilər və digər elementlər vardır. Sahibin yoluxması sistanın qəbul olunması anından başlayır. Bağırsaqda oosistadan və spordan sporozoitlər çıxır və bağırsağın epiteli hüceyrələrinə daxil olur və yeni inkişaf tsiklinə başlayır.

Həmçinin bax

Ədəbiyyatı

F.Q.AĞAMALIYEV , E.Ə.MURADOVA Onurğasızlar zoologiyasından praktikum. Bakı, " Maarif nəşriyyatı, 2004. 204 səh., şəkilli.