Fənayi (Xoy)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fənayi
38°31′02″ şm. e. 44°58′28″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Fənayi xəritədə
Fənayi
Fənayi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fənayi (fars. فنايي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.

Fənayi kilsəsi

Fənayi kilsəsi

Fənayi və ya Sərkis kilsəsi, Fənayi kəndinin ortasında və kənd evlərinin arasında yerləşir. Binanın əsas zalı çınqıl və karakas daşından tikilərək, tağları kərpicdən, günbəzi isə daşdan tikilmişdir. Kilsənin şərq hissəsində bir mehrab var. Mehrabdaki memarlıq quruluşu və naxışlar baxımından kilsəs Mahlazan kilsəsinə bənzəyərək, tikilinin Səfəvilər dönəminə aid olduğunu təsdiqləyir. Mehrabda istifadə edilən naxışlar əsasən çiçək və başqa bitkilərin motivləridir.[1] Kilsə hazırda qəzalıdır.

Əhalisi

2006-cı il məlumatına görə kənddə 652 nəfər[2] yaşayır (134 ailə).

İstinadlar

  1. "Seeiran". 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
  2. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.