Faker

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Faker
이상혁
upright={{{upright}}}
2020-ci ildə.
Şəxsi məlumatlar
Doğum tarixi (28 yaş)
Seul, Cənubi Koreya
Ölkə Cənubi Koreya
Karyera məlumatı
Statusaktiv
OyunlarLeague of Legends
Rolorta koridor
Qazanc məbləği1,254,240.23 ABŞ dolları
Karyera keçmişi
2013-2014SK Telecom T1 K
2014-hazırdaT1
Karyera məqamları və mükafatları
    • Dünya çempionluğu (2013, 2015, 2016)
      • 2016 Dünya çempionatının ƏDO
    • MAD çempionluğu (2016, 2017)
      • 2016 Mövsümarası Dəvətin ƏDO
    • 10× LKÇ çempionluğu
      • LKÇ 2× Season ƏDO
      • LKÇ 1× Finals ƏDO
      • LKÇ 2× All–Pro First Team
    • IEM çempionluğu (2016)
    • Rift Rivals çempionluğu (2019)
    • All-Star Dəvət çempionluğu (2014)
    • NLB çempionluğu (2014)

Li San Hyok (kor. 이상혁; 7 may 1996[1], Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur.[2][3] Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur.[4]

Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur.[5] Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur.[6]

Faker League of Legends Dünya Çempionatını 3 dəfə qazanan iki oyunçudan biridir (2013, 2015, 2016). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır. Faker indiyə kimi turnirlərdən 1,254,240.23 ABŞ dolları qazanmışdır və bu, onu ən çox gəlir əldə edən 64-cü e-idmançı edir. Dünya çempionatlarında qalib gəldiyi üçün oyunda ona aid 3 kostyum var: SKT T1 Zed (2013), SKT T1 Rayz (2015), SKT T1 Sindra (2016).

2020-ci ilin əvvəlində T1 Entertainment & Sports şirkətinin sahiblərindən biri olmuşdur.[7]

Şəxsi həyatı

7 may 1996-cı ildə Seul şəhərində anadan olub. O və qardaşı nənə-babaları və atası tərəfindən Seulun Kansoqu rayonunda yetişdiriliblər. Faker uşaqlıqdan pazlların və videooyunların aludəçisi olub, əvvəllər Warcraft III üçün olan xəritələri və Chaos adlı MOBA oynunu oynayırdı. 2011-ci ildə League of Legends ilə tanış olduqdan sonra cəld şəkildə oyuna adaptasiya olub. Mapo liseyinə daxil olsa da, e-idman karyerası üçün liseyi tərk edib.[8][9]

Karyerası

2013-cü ildə "T1 K" komandasına orto koridor oyunçusu kimi qoşulub. Komanda Koreyada dominantlıq etdikdən sonra 2013-cü ildə Faker komandasına ilk dünya çempionluğunu qazandırıb. 2014-cü ildə komandası ilə All-Star Paris turnirini qazansa da, dünya çempionatına vəsiqə qazana bilməyib. 2014-cü ildə "T1 K" və "T1 S" komandalarının birləşməsindən sonra Faker vahid "T1" komandasında çıxış etməyə bilib. 2015-ci ildə komandası ilə cəmi 1 məğlubiyyətlə və 15 qələbə ilə ikinci dəfə dünya çempionu olub.

2016-cı ildə Koreya çempionatında Yaz çempionu olaraq Mövsümarası Dəvət turnirinə qatılıb və ilk dəfə bu turnirin qalibi olub.[10] 11 iyun 2016-cı ildə Koreya çempionatında 1000 killi keçən ilk oyunçu olub. 1000-ci killini Malzahar ilə Reksaiyə qarşı almışdır. Həmin il komandası ilə üçüncü dəfə dünya çempionu olub və turnirin ən dəyərli oyunçusu seçilib.[11][12]

Filmoqrafiya

İstinadlar

  1. Faker // https://www.famousbirthdays.com/people/lee-sang-hyeok.html.
  2. Kimes, Mina. "The Unkillable Demon King: League of Legends prodigy Faker carries his country on his shoulders". ESPN.com. ESPN. 9 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2020.
  3. Koyle, Vince. "Faker extends his contract with SKT [[[sic]]] [sic] 2021". Daily Esports. November 18, 2019. January 29, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 8, 2020.
  4. "The 10 Best Players in Esports History (2017 Update)". Dot Esports (ingilis). September 12, 2017. October 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2019.
  5. "SANGHYUK FAKER LEE". January 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 9, 2015.
  6. "League of Legends: Faker reaches 2,000 kills in the LCK". www.invenglobal.com (ingilis). June 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2020.
  7. "이상혁, T1 파트 오너 된다, 선수 계약도 2022년까지 연장". sports.news.naver.com (koreya). June 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2020.
  8. "[기획 영상] 충격 실화! '페이커', '데프트'는 같은 고등학교였다". sports.news.naver.com (koreya). July 10, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2019.
  9. Kimes, Mina. "The Unkillable Demon King". ESPN The Magazine. June 10, 2015. June 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 14, 2015.
  10. "About Mid-Season Invitational". LoL eSports. July 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2016.
  11. "Faker Sets A New Record - 1,000 Kills In the LCK - Interview Translated". Akshon Esports. July 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 9, 2019.
  12. Lam, Kien. "SK Telecom T1 wins World Championship again". LoL eSports. Riot Games. October 31, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2016.