Florensiya Universiteti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Florensiya Universiteti
UNIFI
Xəritə
43°46′39″ şm. e. 11°15′34″ ş. u.
Əsası qoyulub 1321
Ölkə
Sayt unifi.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Florensiya Universiteti (it. Università degli Studi di Firenze, UniFI) — İtaliyanın Florensiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim və nəhəng universitetlərindən biridir.[1]

Tarixi

Florensiya Universiteti 1321-ci ildə Florensiya Respublikası Universiteti kimi yaradılmışdır.[1] İlk vaxtlarda burada mülki, ədəbi, tibbi və ilahiyyat fakültələri var idi.[1]

1349-cu ildə papa VI Klemens universiteti yenidən təşkil etmiş, 1364-cü ildə isə imperator IV Karl universitetin adını İmperator Universiteti olaraq dəyişmişdir.[1]

1472–1515-ci illərdə isə universitet Piza şəhərində fəaliyyət göstərir.[1]

1859-cu ildə Praktiki Təlim və İnkişaf İnstitutu olsa da, 1924-cü ildən yenidən Florensiya Universiteti adını əldə edir.[1]

Məkanı

Universitet Florensiyada yerləşməsi ilə yanaşı, Pistoe, Prate, Empoli və Sesto Fiorentinada da şöbələri fəaliyyət göstərir.[1]

Fakültələri

Hazırda universitetdə aşağıdakı fakültələri fəaliyyət göstərir:[1]

  • Memarlıq fakültəsi;
  • Edukoligiya fakültəsi;
  • İqtisadiyyat fakültəsi;
  • Əczaçılıq fakültəsi;
  • Mühəndislik fakültəsi;
  • Ədəbi-fəlsəfə fakültəsi;
  • Fiziki-riyaziyyat fakültəsi;
  • Tibbi cərrahlıq fakültəsi;
  • Siyasi elmlər fakültəsi;
  • Psixologiya fakültəsi;
  • Hüquq fakültəsi;
  • Kənd təsərrüfatı fakültəsi.

Tələbələri

Hazırda bu təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır və onların tədrisi ilə məşğul olan müəllimlərin sayı 2 mindən çoxdur.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 Florensiya Universiteti Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine. studyeurope.az, 17.04.2015  (az.)

Xarici keçidlər

  • unifi.it — Florensiya Universitetinin rəsmi saytı