Gülümeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Gülümeyi – Azərbaycan xalqına məxsus ənənəvi rəqs sayılan "Gülümeyi" oxuyanın "ay gülüm hey" kəlməsindən götürülüb. Bu qədim rəqsi əsasən qızlar və cavan qadınlar müxtəlif şənliklərdə, xüsusən "Xınayaxdı" deyilən şənliklərdə ifa edirlər. Əsasən Şərur rayonunda oynanılan, yallı növündə olan bu rəqsi "Xınayaxdı" mərasimində gəlinin rəfiqələri və onun qadın qohumları oynayırlar. Adətən isə "Gülümeyi"ni (A gülüm hey) gəlinin bəy evinə köçməsindən əvvəl onun yanına gəlmiş qonaqlar dağılışandan sonra oxuyub, oynayırlar. 5-10 nəfər dövrə vurub rəqs edirlər.

Sadə addımlarla, yüngül süzmələrlə oynanılan rəqsin sonunda dəstələr qarşılaşırlar. Soldakı qrup sağa hərəkət edə-edə, sağdakı qrup isə sola hərəkət edə-edə rəqsi sona vururlar. [1]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2015-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-21.