Gülrux Əlibəyli

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gülrux Əlibəyli
Şəxsi məlumatlar
Doğum tarixi 12 yanvar 1928(1928-01-12)
Doğum yeri
Vəfat tarixi 15 fevral 2016(2016-02-15) (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti yazıçı
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi

Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova (tam adı: Gülrux Sabir qızı Əlibəyli;12 yanvar 1928, Bakı15 fevral 2016, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1967), ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1974), professor (1978).[1][2][3]

Həyatı

Gülrux Əlibəyli 12 yanvar 1928-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirib. Daha sonra 1954–1958-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib.[1][2][3]

Fəaliyyəti

Gülrux Əlibəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1947–1952-ci illərdə müəllim kimi çalışıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 1958–1961-ci illərdə kiçik elmi işçi, yenə orada 1961–1962-ci illərdə böyük elmi işçi olaraq işləyib. Eyni zamanda 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim olub.[1]

Gülrux Əlibəyli 1962–1965-ci illərdə Azərbaycan Mədəniyyət nazirinin müavini, 1965–1971-ci illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Həmçinin o, 1971–1974-cü illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda əvvəlc baş müəllim, sonra isə fəlsəfə 1974–1989-cu illərdə fəlsəfə kafedrasının professoru olub.[1]

Habelə G. Əlibəyli bir müddət ədəbi yaradıcılıqla məşğul olmuşdur. O, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii şuranın, Kinomatoqrafiya ittifaqının, BDU-nin ədəbiyyat nəzəriyyəsi üzrə elmi dərəcə verən ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur. Gülrux Əlibəyli 2009-cu ildən Slavyan Universitetinin Yaradıcılıq prosesi fakültəsinin professorudur.[1]

Gülrux Əlibəyli tələbəlik illərindən dövri mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir.[1] İndiyədək 500-dən artıq çox məqalə, esse, ədəbi portret çap etdirmişdir. Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin müəllifidir.

Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda "Ədəbiyyat Məsələləri" jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. G. Əlibəyli xeyli sayda beynəlxalq konfransların, elmi simpoziumların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.[2][3]

Kitabları

  • Düşünən dünyamız (1980)
  • Çırpınan dünyamız (2000)
  • Dəyişən dünyamız (2001)
  • Dağılan dünyamız (2002)
  • Həyat səhifələri (2003)
  • Axtarışlar, kəşflər (1970)
  • Xoşbəxtliyin bir günü (2009)
  • Azərbaycanda mədəni inqilab (1990)
  • Amalya Pənahovanın yaradıclığı (ədəbi portret, 2004)

Vəfatı

Gülrux Əlibəyli 15 fevral 2016-cı ildə Bakı şəhərində vəfat edib.[3][2]

İstinadlar

  1. 1 2 3 4 5 6 Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
  2. 1 2 3 4 "Görkəmli yazıçı vəfat etdi". 2019-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-15.
  3. 1 2 3 4 "Görkəmli yazıçı Gülrux Əlibəyli vəfat etdi". 2019-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.

Xarici keçidlər