Geokimyəvi rejim

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Geokimyəvi rejim – tektonik, maqmatik, hidrotermal, metasomatik, metamorfik, hidrodinamiki, epigenetik və biokimyəvi proseslərdə iştirak edən kimyəvi elementlərin və yaxud kimyəvi birləşmələrin formalaşdırdığı fiziki-kimyəvi şəraitdir. Geokimyəvi rejimin tipləri çox olub hansısa bir kimyəvi elementin və yaxud da kimyəvi birləşmənin fiziki-kimyəvi xüsusiyyətini özündə saxlayır. Bunlara geokimyəvi rejimin fiziki, kimyəvi, termik, üzvi, bərpaedici, oksidləşdirici, hidrodinamiki, hidrokimyəvi, atmokimyəvi, biogeokimyəvi, biokimyəvi və s. tipləri daxildir. Geokimyəvi rejim tiplərinin müəyyən edilməsində fəal su növlərindən (kükürdlü, hidrokarbonatlı, hidrogen-sulfidli və s.), həmçinin su növlərinin kimyəvi təkibindən (CO2, H2S, CH4, H2, N2, O2, Fe, K, Ca, Mg, S və s.) və geokimyəvi xüsusiyyətlərindən istifadə edilir.[1]

İstinadlar

  1. Hüseyn, Mustafabəyli. Geokimya terminlərinin izahlı lüğəti (Azərbaycan). Şəki: Kaskad Elmi İstehsalat və Xidmət Məhdud Məsuliyyətli Cəmiyyət. 2017. ISBN 978-9952-8330-0-3. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-04.