Girdimançay kanyonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Girdimançay kanyonu
Yerləşməsi
Ölkə  Azərbaycan

Girdimançay kanyonu Cənub-Şərqi Qafqazın əks yamacında, eyni­adlı çayın orta axarında yerləşir və LahıcNamazgah kəndləri arasındakı eninə istiqamətlənmiş hissəsinə cavab verir. Uzunluğu olan kanyon Namaz­gah sinkli­nalının şimal qanadı boyu orta təbaşirin şaquli halda yer­lə­şən tuf-qumdaşıları və tuf-konqlomeratlarının arasından keçib gedir. Dibi, demək olar ki, həmişə çayın gur axan suları ilə dolu olan kanyon əvvəllər Lahıc kəndinə soxulmaq istəyənlərin qabağını kəsən təbii sədd kimi xidmət göstərmişdir. O zaman yalnız dərənin dik şimal yamaçından çətin keçilən çı­ğır (onun izlə­rini indi də görmək mümkündür) mövcud olmuşdur ki, o da kan­yonun girişi ilə birlikdə möhkəm qorunarmış. Vəziyyət ancaq keçən əsrin birinci yarısında dəyişmişdir; belə ki, at-araba və avtomobil nəqliyyatına yol salmaq üçün kanyonun sıldırımlı cənub yamacında partlayış üsulu ilə, Azərbaycanda yol tikintisinin özünəməxsus abidəsi sayılan ensiz karniz açılmışdır. 

Həmçinin bax

Mənbə

  • "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''