Goranboy Tarix-Diyarşünaslıq Muzeyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1981
Mövzu Tarix
Yerləşir Goranboy rayonu
Kolleksiyası 2658 eksponat

Goranboy Tarix-Diyarşünaslıq MuzeyiGoranboy rayonunda yaradılmış muzey.[1]

Muzeyin tarixi

Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımcı otaq.[1]

Muzeyin eksponatları

Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr. 2017-ci ildə muzeyin fonduna 58 ədəd əşya verilmişdir.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 "Mədəniyyət müəssisələri". ganja.mctgov.az. 2021-01-17 tarixində orijinalından arxivləşdirilib.