Hündür podokarp

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hündür podokarp
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hündür podokarp
Beynəlxalq elmi adı

Hündür podokarpusAvstraliyada Cənubi Uelsin şərqində və Kvinslenddə bitən bitki. Hündürliyi 30–36 m-ə qədər və gövdəsinin qalınlığı 1,5m-ə qədər olan, qonur və ya tünd-qonur qabıqlı, orta ölçülü və ya iri, həmişəyaşıl ağacdır. Yarpaqları neştərvaridir, uzunluğu 5-15 sm və eni 6–18 mm- dir. Mikrostrobilləri xırdadır , spiral şəklində yerləşmiş çoxsaylı xırda mikrosporofillərdən ibarətdir və hərəsində 2 mikrosporangi vardır. Meqastrobil reduksiyaya uğramışdır və toxum qabığı ilə əhatə olunmuş bir toxum rüşeymindən ibarətdir. Bəzən toxum qabığı tamamilə olmur. Mayda iyulda çiçəkləyir. Erkək strobilləri ensiz-silindirik, sırğavari, uzunluğu 3 sm olub, təxminən oturaqdır. Dişi qozaları saplaqlı, tək, azsaylı qabıqlıdır, yarpaq qoltuğunda yerləşir. Meyvələri al-qırmızıdır, göy mum çöküntüsü ilə örtülmüş, ətlidir. Diametri 2-2,5 sm-dir. Hər meyvədə diametri təxminən 1 ədəd oval və ya kürəşəkilli toxum yerləşir, ətli meyvələri yeməlidir. Oduncağından mebel istehsalında istifadə edilir. Azərbaycanda Abşeronda, Lənkəranda yaşıllıqlarda rast gəlinir.[2]

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. Australian Plant Name Index (ing.).
  2. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

İstinadlar