Hüseyn Cahangirov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hüseyn Cahangirov
Cahangirov Hüseyn Yolçu oğlu
Doğum tarixi 24 avqust 1949(1949-08-24)
Doğum yeri
Vəfat tarixi 4 aprel 2004(2004-04-04) (54 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
İxtisası fizika
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini
Fəaliyyət illəri 1975-2004

Hüseyn Yolçu oğlu Cahangirov (24 avqust 1949, Kiçik Məzrə, Basarkeçər rayonu4 aprel 2004, Özbəkistan) – polkovnik-leytenant, Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini.

Həyatı

Cahangirov Hüseyn 24 avqust 1949-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində müəllim ailəsində anadan olmuşdur.

1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin ildə də Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə ADU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Hüseyn Cahangirov universiteti bitirdikdən sonra bir müddət hərbi xidmətdə zabit kimi qulluq etmişdir.

1974-cü ildə Kiçik Məzrə kənd orta məktəbində fizika müəlimi kimi fəaliyyət göstərmişdir.

1975-ci ildə Özbəkistana getmiş Daşkənd şəhərində Daxili İşlər orqanlarında işə qəbul edilmişdir.

Hüseyn Cahangirov Özbəkistanda aşağı vəzifədən başlayaraq polkovnik-leytenant rütbəsinə qədər yüksəlmiş və sonralar Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini işləmişdir.

4 aprel 2004-cü ildə Özbəkistan Respublikasında vəfat etmiş və Daşkənd şəhərində dəfn edilmişdir.

Ailəsi

Hüseyn Cahangirovun üç oğlu, bir qızı var.

Oğlunun biri Amerika Universitetlərindən birini bitirmiş, Amerikada məsul vəzifədə işləyir və Amerika vətəndaşıdır. Qızı da Amerikada təhsil alır. Hal-hazırda iki oğlu və həyat yoldaşı Daşkənd şəhərində yaşayırlar.

Mənbə