Hüseyn Qafarov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hüseyn Qafarov
Hüseyn Rəcəb oğlu Qafarov
Doğum tarixi (66 yaş)
Doğum yeri Naxçıvan
Atası Rəcəb
Anası Şamama

Qafarov Hüseyn Rəcəb oğlu — müəllim, tarzən, Azərbaycan Respublikasının Əməkdar Artisti.

Həyatı

Hüseyn Qafarov 6 avqust 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. 1993-1999-cu illər arasında Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının solisti olub. Hazırda Naxçıvan Muxtar Respublikası Babək rayon Zeynəddin kənd musiqi məktəbində müəllim vəzifəsində çalışır.

Təltifləri

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 sentyabr 2007-ci il tarixli sərəncamı ilə Qafarov Hüseyn Rəcəb oğluna Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir[1].

İstinadlar

  1. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2012-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.

Mənbə

  • "Azərbaycan" qəzeti. 2007, 18 sentyabr, səh.2.