Hüseynbala Məmmədov (iqtisadçı)
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. (fevral 2023) |
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Hüseynbala Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 1 avqust 1999 (77 yaşında) |
Fəaliyyəti | iqtisadçı |
Məmmədov Hüseynbala Məmmədrəfi oğlu (25 aprel 1922, Qala, Bakı qəzası – 1 avqust 1999) — Azərbaycanın əməkdar iqtisadçısı.[1]
Haqqında
25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Xəzər rayonun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə almışdır. Leninqrad (Sankt Peterburq) şəhərindəki Ümümittifaq Ali Maliyyə Məktəbini bitirmişdir.
1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (Azərbaycan Milli Bankı), 1993–1998-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləmişdir.
Azərbaycan SSR Ali Sovetinin Plan-büdcə Komissiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
1940–1947-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısı olub.[2][3]
İstinadlar
- ↑ "Böyük İqtisadi Ensiklopediya: III cild (258-ci səhifə)" (az.). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
- ↑ "Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatlarının siyahısı" (az.). 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-04.
- ↑ Azərbaycan SSR Ali Sovetinin Deputatları. On birinci çağırış. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin nəşri, Bakı-1985, s.268.
- 25 apreldə doğulanlar
- 1922-ci ildə doğulanlar
- Qalada doğulanlar (Xəzər)
- 1 avqustda vəfat edənlər
- 1999-cu ildə vəfat edənlər
- 77 yaşında vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Böyük Vətən müharibəsi iştirakçıları
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri