Həbl-ül-mətin

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Həbl-ül-mətin
Loqonun şəkli
Redaktor
  • Seyid Cəlaləddin Kaşani[d],
  • Seyid Həsən Kaşani[d]
Dil fars dili[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti.[2] Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra KəlkətəTehranda dərc olunmuşdur.

Haqqında

XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır.[2]

Qəzet adının mənası "möhkəm kəndir" deməkdir.

Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.

İstinadlar

  1. German Union Catalogue of Serials.
  2. 1 2 "Həblülmətin". Cəlil Məmmədquluzadə Ensiklopediyası. 2008. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.