Haber krateri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Haber krateri
Lunar Reconnaissance Orbiter zondunun çəkdiyi fotoşəkil.
Koordinatlar 83°24′ şm. e. 95°18′ q. u. / 83,4° şm. e. 95,3° q. u. / 83.4; -95.3G
Diametr 56,8 km
Krater dərinliyi 2400 m
Eponim Fris Haber
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haber krateri (lat. Haber) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimyabiokimyaçısı olan Fris Haberin şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir.

Kraterin təsviri

Lunar Reconnaissance Orbiter zondunun çəkdiyi fotoşəkil

Boş kraterinə ən yaxın yerləşən krater Lavleys krateridir və ondan cənub-qərbdə yerləşir. Lenard krateri bu kraterdən şimal-qərbdə, Ermit şimalda və Silvester krateri isə cənub-şərqdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 83°24′ şm. e. 94°38′ q. u. / 83,4° şm. e. 94,63° q. u. / 83.4; -94.63G, dərinliyi 56,8 km, dərinliyi isə 2,4 km-dir.[1]

Krater çoxbucaqlı formadadır və praktiki olaraq tamamilə parçalanmışdır. Kraterin hamar sahəsi bir çox kiçik və orta kraterlərlə kəsilmişdir. Ətraf əraziyə görə bu kraterlər çox çətin nəzərə çarpırlar. Kraterin dibini kəsən strukturlar isə tamamilə görünmür.

İstinadlar

  1. USGS/IAU. "Haber on Moon". Gazetteer of Planetary Nomenclature. USGS Astrogeology. Oct 18, 2010. 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.

Mənbə

Xarici keçidlər